Elza Seyidcahan ailə qurması ilə bağlı xəbərdən danışdı: "Her şey ola bilər..." - FOTO
Əməkdar artist Elza Seyidcahan ərə getməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Bu barədə BiG.AZ-ın əməkdaşı ilə danışan Elza Seyidcahan ərə getməsi ilə bağlı yayılan xəbərə "Niyə də yox?" cavabını verib:
"Bu şəxsi həyatdı, insanların şəxsi həyatıdır. Yəni ki, şəxsi həyatda hər şey ola bilər. Biz incəsənət, səhnə insanıyıq, bu səhnədə bizim bir çox obrazlarımız olub. Həqiqət üzə çıxanda görəcəksiz bu bir səhnə ilə bağlı layihədi".