Neslihan Atagül əri ilə dalaşmasından DANIŞDI: “Hazırda münasibətimiz...” - FOTO
Neslihan Atagül Doğulu həyat yoldaşı Kadir Doğulu ilə mübahisə etdiyini etiraf edib.
Lunar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa dünən ticarət mərkəzində alış-veriş edərkən görüntülənib. O, əri ilə kəskin mübahisə etməsi haqqında yayılan xəbərlərə münasibət bildirib: "Bəli, mübahisə etdiyimiz doğrudur. Amma xəbəri çatdıran adamlar hadisəni şişirdib. Hazırda münasibətimiz hər zaman olduğu kimi gözəl davam edir".
O, Kadir Doğulunun rol aldığı “Babamın Günahları” serialının erkən final etməsi ilə bağlı da açıqlama verib: "Biz aktyor olaraq verilən rolları ən yaxşı şəkildə oynayırıq və tamaşaçılara təqdim edirik. Serialı bəyənənlər olduğu kimi bəyənməyənlər taplacaq. Bu səbəbdən də aşağı reytinqli seriallar erkən bitir”.