Məşhur erməni qız bacısının ərindən uşağa qaldı - FOTO
Üçüncü uşağını ötən günlərdə qucağına alan erməni əsilli Kim Kardaşyanın daşıyıcı ana olaraq bacısı Kylie Cennerdən istifadə etdiyi iddiası qərbin maqazin gündəmini zəbt edib.
Lunar.az Haberler-ə istinadən xəbər verir ki, erməni modellə Kanye Vest cütlüyünün üçüncü uşağı təzəlikcə doğulub.
Cütlüyün uşaqlarının dünyaya gəlməyindən sonra ağıllara eyni tarixdə hamilə qaldığını açıqlayan Kylie Cenner gəlib. Cennerin Kim Kardaşyanın daşıyıcı anası olduğu iddia edilir.
Qeyd edək ki, hal-hazırda ABŞ-lı reperlə Travis Skott ilə birlikdə olan 20 yaşlı Kylie Cenner sentyabr ayında hamilə olduğunu açıqlamışdı.
Sentyabrda üçüncü uşağına hamilə olduğunu açıqlayan 37 yaşlı Kim Kardaşyan uşaqlığında müəyyən problemlər olduğu üçün hamiləlik müddətini daşıyıcı ana ilə keçirmişdi.
Şübhələr ilə bağlı tərəflərdən hər hansı bir açıqlama gəlməyincə, iddiaların doğruluğu ehtimalı artır.