"Ona görə hələ də evdə qalmışam ..." - Sevdanın ərə getməmək səbəbi budur? - FOTO
Bu gün "Səhər-Səhər" verilişinin qonaqlarından biri Sevda Yahyayeva olub.
Lunar.az xəbər veirr ki, aparıcı Elgiz "Sevda, birdən sənin gələcək həyat yoldaşın desə, mənə bozbaş bişir. Sən neyləyəcəksən?" sualı ilə gənc müğənniyə müraciət edib.
Sevda aparıcının sualına "Bişirməyi bilirəm, amma neçə illərdir anam sağolsun, evdə hazırlayır. Mən elə bil ki, yadırğamışam, yadımdan çıxıb" sözləri ilə cavab verib.
Bu məqamda mövzuya müdaxilə edən Əli Mirəliyev "Biz sənin yadına salarıq. O qız ki xörək bişirə bilmir, onu almırlar." sözləri ilə Sevdaya üzünü tutub.
S.Yahyayeva Əli Mirəliyevin sözlərinə "Ona görə hələ də evdə qalmışam da yəqin (gülür)" fikirlərini səsləndirib.]