Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Elzanın yeni şeiri aləmi bir-birinə qatdı: "Qadın bir şey istəyir, kişinin..."

Elzanın yeni şeiri aləmi bir-birinə qatdı: "Qadın bir şey istəyir, kişinin..."

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

Lunar.az Elza Seyidcahanın "Qadın bir şey istəyir” adlı şeirini təqdim edir:

Qadın bir şey istəyir
Bir şey
Deyim nə istəyir?
Bir şey istəyir.
Bir.
Pul istəmir
Mal istəmir.
İki şey istəmir
Bir şey istəyir o,
Bir şey.
Qabırğadır, qabırğa
O istəyir.
İstəyir o
Bir şey olsun.
Qabırğa olsun, qabırğa
Çox şey istəmir ki?
Qadın qadını başa düşür,
Kişi kişini başa düşür,
Kişi qadını başa düşmür?
Kişinin işi qadına düşür,
Qadının kişiyə işi düşmür?
Kişinin beli bükülür,
Qadının abırı tökülür
Abırdan betər sökülür
Onun istəyi bir şeydir
Bir şey!
Rəhm istəyir,
Fəhm istəyir,
Səhm istəmir,
Baş tükündən yaratmadı
Başlara çıxsın.
Dırnaqlardan yaratmadı
Yerə atılsın.
Qabırğadan yaratdı ki,
Ağuşa batsın,
Tumara çatsın,
Sığalda yatsın, yatsın,
Batsın.
Arzuya çatsın, çatın
Yatsın.
Tumar, tumar
Sığal, sığal,
Qabırğa
Qabırğadır, qabırğa.
Qadın bir şey istəyir,
Bir şey.
Qabırğa olmaq istəyir
Qabırğa.
İstəyir o bir şey.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ