Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Nazənin Təranənin o zəngini AÇIQLADI - 7 il bundan qabaq idi. Abırım gedəcək ... - VİDEO

Nazənin Təranənin o zəngini AÇIQLADI - 7 il bundan qabaq idi. Abırım gedəcək ... - VİDEO

Bu gün ARB TV-nin "Səhər-Səhər" verilişinin qonaqlarından biri son zamanlar Təranə Qumralla məhkəmələrə qədər gedib çıxan qalmaqalları ilə adı tez-tez hallanan mağənni Nazənin olub.


Lunar.az xəbər verir ki, Nazənin Təranənin mətbuatdakı və efirdə dediklərinə səssiz qala bilməyib.

Nazəninin Elgizin verilişində sözügedən məsələylə bağlı açıqlamasını təqdim edirik:

"Mənim səhvim olsaydı, gedib qucaqlayıb, öpüb üzr istəyərdim. O bilir axı başdan-ayağa səhvin içindədir. O bunu eləməliydi. Axı mən onu çörəyə göndərmişdim. Mən onu toya göndərmişdim. O hərəkət olmamalı idi. Evdə tək oturanda bir dəfə də olsun necə vicdanı sızlamır ki, mən düzgün hərəkət eləmədim axı bu insanın ailəsinə. And olsun Allaha, o bir mesaj yazardı ki, "Nazənin, bunu bir sən, bir mən, bir Allah bilər. Məni bağışla da, qadınam.

Məni şeytan yoldan çıxartdı". Mən məhkəmə işlərini o zaman dayandırardım. Məhkəməyə də o verib. O sonra çıxıb elə danışmalıydı. Çünki uduzub. Nə danışdısa, ziyanına etdi. Mən Allaha və hüquqa həvalə etdim onu. Mən açıb danışsam, abırım, həyam gedəcək. Mən onu istəmirəm. O simamı itirmək istəmirəm. Özü edir, özü də çıxıb deyir ki, məndən əl çəkmir. Özünə, ailəsinə, nəslinə-kökünə hörmət qoyan qadın çıxıb efirdə onları müzakirə etməz.

Mənim ailəmin problemi mənə aiddir. Bunların nəyi var, hər şey ortalıqdadır, çöldədir. Mən utanıram, danışmıram. Çıxıb, danışırlar. Axırda dözə bilmədim.

Məni kiməsə tay etməyin də, imkan verin mən susum. Nə qədər sussam, bir o qədər yaxşıdır. Yenə susacam. Bu söhbət 7 il bundan qabaq olub. Onunla heç vaxt rəfiqə olmamışıq. Heç evini də tanımıram. Öz də son vaxtlar tez-tez mənə zəng edirdi ki, "Mənim ehtiyacım var. Maşınımızı alıb bankın qabağına aparıblar. Ya mənə pul ver, ya da mənə toy ver" . Mən danışsam bilirsiniz nə olar?!"









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ