Müğənni Rəqsanənin modelyer qızı Aysun bu gün "Səhər-Səhər" verilişinin qonağı olub.
Lunar.az xəbər verir ki, Aysun bir müddət əvvəl fotosessiyasında geyindiyi açıq-saçıq libasından danışıb. O, bu geyimi özünün hazırladığını və yalnız fotosessiyası zamanı geyindiyini bildirib.
Qeyd edək ki, modelyer və bu yaxınlarda müğənni kimi də fəaliyyətə başlayan Aysun verilişdə qırmızı gödəkçə, dəridən olan dar şalvarı ilə diqqətləri üzərinə çəkib.
Qeyd edək ki, Rəqsanənin Aysun və Yağmur adında iki qız övladı var.