Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xalq artistləri arasında MƏHKƏMƏ ÇƏKİŞMƏSİ başladı

Xalq artistləri arasında MƏHKƏMƏ ÇƏKİŞMƏSİ başladı

Bu gün Nəsimi Rayon Məhkəməsində Xalq artisti Məleykə Əsədovanın Xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 19-na təyin edilib.

R. Məlik barışıq tərəfdarı olduğunu deyib.

Qeyd edək ki, M. Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Buna səbəb Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.(apa)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ