"Evdə mənim sözüm keçir" — Ərindən boşanan Rahidə Baxışova
Lunar.az xəbər verir ki, "ARB Ulduz"un "Şou məkan" verilişinə qonaq olan müğənni Rahidə Baxışova maraqlı açıqlamalar verib.
Bir vaxtlar həyat yoldaşından məhz sənətinə görə boşandığı iddiası ilə haqqında söz-söhbətlər ayaq tutub yeriyən müğənni Rahidə Baxışova eksklüziv açıqlamalar edib: “O insana qarşı çox böyük hörmətim var. Övladımın atasıdır. Bu gün bunu yaşayırıqsa, deməli Allah tərəfindən məsləhət bu imiş. Bəlkə, başqa cür olsaydı, biz tamam bədbəxt olardıq. Madam olmur, deməli, Allahın bir biləcəyi var da. Biz kimik ki? Evimdə mənim sözüm keçərlidir. Uşaqlarıma da mənim sözüm keçərlidir. Çünki mən böyüyəm. Mən uşaq deyiləm. Heç kəs mənə deyə bilməz ki, bunu et, bunu etmə”.
Müğənni onun açıq-saçıq geyimlərlə məşhurlaşacağını söyləyənlər haqda da danışdı: “Prodüserlərdən biri dedi ki, Rahidə niyə dəyişiklik etmirsən? Deyir, sən klip çəkdirsən, məşhurlaşmaq üçün açıq-saçıq fotosessiyalar etməlisən. Dedim ki, mən heç vaxt bunu edə bilmərəm. Mənim övladım olmasaydı belə, mən heç vaxt açıq-saçıq geyinməzdim. Paltar seçəndə bel hissəsi açıq olan paltarlar göstərəndə deyirəm ki, mənə belə geyimlər göstərməyin. Mən hara gedirəmsə, ora nə geyinəcəyimi bilən insanam”.
Rahidə Baxışova sənəti və yeniliklərindən də söz açıb: “Studiyada yeni mahnı yazdırırıq. Sözləri və musiqisi Zülfü Bədəlovundur. Zülfü Bədəlovdan aylar öncə bir mahnı oxumuşdum. İndi bu, ikinci mahnıdır, oxuyuram. Üçüncü mahnı da olacaq. Çox gözəl mahnıdır, “Deməsinlər”.
İfaçıya daha da sürətlə irəli getmək üçün bayağı və ya hazırda gündəm yaradan bəsit mahnılar oxumağı təklif etsələr də, o bununla razılaşmayıb: “Ümumiyyətlə, bayağı mahnılar ifa etmirəm. Mən bəstəkar mahnıları və klassik mahnılar oxuyuram. Bəzən deyirlər ki, tamaşaçının hazırki zövqü budur. Gəl, filankəsin oxuduğu tərzdə oxu və sənə daha çox insan qulaq assın. Mən heç vaxt elə bayağı mahnılar oxumamışam, oxumayacam da”. Rahidə Baxışova mahnı almaq üçün müraciət etdiyi bəstəkarın adını çəkməsə də həmin adamın müğənniyə fantastik qiymət oxumasından da bəhs edib: “Bəstəkarlarımızdan biri mənə zəng vurdu ki, sənə mahnı vermək istəyirəm. Fikirləşdim ki, bu elə bəstəkardır ki, mənə mahnını hədiyyə edəcək. Dedim gələcəm. Getdim. Mənə elə qiymət dedi ki, dondum qaldım. Mən ailə saxlayıram, evimin xərcləri var. Görürəm ki, hec cür alınmaz. Əgər tək olsaydım, alınardı”.
Sonda isə o, əməliyyat olması haqda yayılan xəbərlərə də münasibət bildirib: “Elə ciddi bir əməliyyat deyil. Sadəcə estetik əməliyyatdır. İllər öncə baş vermiş bir hadisənin fəsadlarını aradan qaldırıram. Mən, bilirsiz də, burun əməliyyatı keçirmişəm. Burun əməliyyatından sonra üz quruluşum dəyişdi, yanaqlarım şişdi. Hətta dedilər ki, burnunu əməliyyat etdirib, yanaqlarına da gel doldurub. Ancaq bu, heç vaxt olmayıb”.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.