Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Musanın anasının ayağını yumaram" - Təranə Qumral - FOTO

"Musanın anasının ayağını yumaram" - Təranə Qumral - FOTO

Ötən gün "5/5" verlişində Zaurun qonağı Musa-Təranə cütlüyü olub.

Lunar.az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal gözlənilmədən Təranə Qumrala suallar ünvanlayıb.

Müğənninin aparıcının suallarına verdiyi cavabları təqdim edirik:


- Musanın anası deyir ki, Təranəni o vaxt bağışlayaram ki, gəlib ayağımı yusun.


- Yumayacam. Çünki indiki gəlinlər ayaq yumur. Mən də elə indiki gəlinlərə oxşamışam.

- Musa müəllim evdən qaçsa neyləyərsiniz?

- Musadan qaçan çıxmaz.

- Qızınızın əkiz uşağı olsa (qız, oğlan), birinin adını Könül, digərinin adını Cabbar qoymağa razısınız?


- Əgər kürəkənimin ürəyindən olsa, istəyərəm.

- Bir ocaqda iki gəlin kimlərdir?

- Biri mənəm, biri də... Onu açıqlasam qan düşər. Siz özünüz demişdiniz mənə.

- Hansı müğənnilərlə yola getmirsiniz?

- Əslində heç bir müğənni ilə əlaqəm yoxdur. Ona görə də demək istəmirəm.

- Musanı yanınızda görəndə nə deyirlər?

- "Yazıq" deyən də var, "Bəxtəvər" deyəndə. Ən çox "Yazıq Musa" deyirlər. Deyirlər "Təranə yamandır". Hamı məni elə tanıyır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ