Aktrisa Ülfət Bəşir nişanlanması haqda yayılan məlumatlara cavab verib.
“Bu cür xəbərlər haradan çıxır? Nəinki nişanlanmışam, heç bu il ərzində nişan mərasimində də olmamışam. Haqqımda yalan xəbərlər yayanlara bir daha səslənmək istəyirəm. Bilsinlər ki, nişanlanmamışam”.
Aktrisa yeni yaradıcılıq işlərindən də danışıb:
“Yay aylarında film təklifləri gəldi. Lakin bəyəndiyim kollektiv olmadığı üçün razılaşmadım. Obrazlar mənə uyğun deyildi. Hamısı “Stalinin başı 2” filmindəki o obrazda görür, məni... Eyni obrazda görünmək istəmirəm. Mən müxtəlif obrazları gözəl canlandırıram. Hazırda maraqlı təkliflər də var. Prodüserlərlə görüşüb, danışacağam”.
(big.az)