Amerika alimləri bildirirlər ki, körpələrin inanılmaz qabiliyyətləri var. Onlar yaşlı insanın görə bilmədiklərini görürlər.
lunar.az xəbər verir ki, tədqiqatçılar 42 körpəni müəyyən müddət müşahidə edəndən sonra bu qənaətə gəliblər.
Maraqlıdır ki, mütəxəssislər yalnız 3-4 aylıq körpələrin qeyri-adi qabiliyyətinin olduğunu bildirirlər.
Uşaq daha bir ay böyüyəndən sonra bu istedad yoxa çıxır və geri qayıtmır. Alimlərə görə, böyüməkdə olan insan tədricən ətraf mühitə uyğunlaşır və lüzumsuz olduğu üçün bu qabiliyyətini itirir. Tədqiqatçılar bu prosesi perstseptiv sabitlik adlandırıblar.
Alimlərin fikrincə, uşaqlar lap körpəlikdən qazandıqları vərdişləri hər gün itirirlər. Bunun nə üçün baş verdiyini heç kəs izah edə bilmir.