“Popitto” mahnısı ilə məşhurlaşan rumıniyalı müğənni Seeya Bakını qonağı olub.
Lunar.az xəbər verir ki, konsert vermək məqsədi ilə paytaxta gələn məşhur "ADDIM” təşkilatının "Dünya starı” layihəsində iştirak edib.
Müğənni layihə və paytaxtımız haqqında fikirlərini bölüşüb: "Bakını çox sevirəm. Azərbaycanın bir çox məkanlarında "Papito” mahnım səslənir. Bu da məni çox sevindirir. Bakıya gəlmə səbəbim buradaki layihə ilə bağlıdır. Mənim dəyərli prodüserim və mən də münfis kürsüsündəyik. Azərbaycanlı müğənniləri dinləyib, aralarından ən yaxşısını seçəcəyik. Həm də mən Azərbaycan musiqilərini dnləyib, onlarla tanış olacağam".
“ADDIM” təşkilatının sədri Hüseyn Cavadzadə lisə sözügedən layihəni Azərbaycan mədəniyyəti üçün böyük uğur adlandırıb: “Bu layihə əminəm ki, Azərbaycan mədəniyyəti üçün olduqca önəmli rol oynayacaq. Bizim mədəniyyətimiz, musiqimiz ölkə xaricində daha da tanınacaq. Bizim xarici tərəfdaşlardan “Tommo Production” və maximum “Concerts” şirkətindən belə bir fikir gəldi ki, Bakıda kastinqdə iştirak etmək istəyirlər. Biz də bunu böyük həvəslə qəbul etdik. Çünki bizim istedadlı bir çox gənclərimiz var ki, onlar xaricdə tanınmağı haqq edirlər. Bəzi istedadlı insanlarımızın öz sənətini göstərməyə imkanı yoxdur”.
Daha sonra əməkdar artist Tünzalə Ağayevanın da münsif kürsüsündə əyləşdiyi kastinq başlayıb. Səhnəyə çıxan 13 iştirakçı öz performansını göstərib. Avropada məşhurlaşmaq şansını Sənan Məmmədli və Mustafa Əhmədzadə qazanıb. Müsabiqədə iştirak edən Tofiq Hacıyev, Ayla Şiriyeva, Riad Abdulov və Amir Paşayev isə ölkəmizi Makedoniya, İspaniya, Rusiya və Bolqarıstanda keçirilən festivallarda təmsil etməsi ilə bağlı qərar verilib.
Musavat.com