Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanlı məmurdan ŞOK etiraf! Məleykə Əsədova erməni ilə yaşayırdı - FOTO

Azərbaycanlı məmurdan ŞOK etiraf! Məleykə Əsədova erməni ilə yaşayırdı - FOTO

“Deyirlər ki, mən xalq artisti Məleykə Əsədovaya dəstək vermişəm. Xeyr, əksinə o mənə çox dəstək verib. Məleykə Əsədova hər zaman mənə mənəvi dəstək olub. Onun şeir deməyindən çox xoşum gəlir. Mən ondan çox ləzzət alıram”.



Lunar.az xəbər verir ki, bu fikirləri ölkə.az-a müsahibəsində Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov bildirib.

A.Bəşirov deyib ki, Məleykə Əsədova Azərbaycanın ən istedadlı və gözəl aktrisalarından biridir:

“Məleykə xanım tez-tez bizim tədbirlərdə iştirak edib, şeirlər, mahnılar söyləyib. Onun sənətinin vurğunuyam. Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İki otaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Bəzi adamlar kimi pulla verməmişəm. Mənim Məleykə Əsədovanın sırf sənətindən xoşum gəlirdi. O bizim dostumuzdur. Onun səlist şeir demək qabiliyyəti var. Onun şeir deməsindən çox xoşum gəlir. Bir dəfə mənə dedilər ki, ona sponsorluq edim, ancaq mən buna razı olmadım. Sadəcə olaraq Məleykə Əsədovaya sırf sənətinə görə pərəstiş edirdim”.

A.Bəşirov vəzifədən gedəndən sonra Məleykə Əsədovanı görmədiyini söyləyib:

“Çoxdan bəri onu görmürəm. Amma görəndə salamımız qalır. Mən vaxtilə təkcə Məleykə Əsədovaya deyil, bir çox sənət adamlarına yaxşılıq etmişəm. Ona görə də əminəm ki, hörmətimi onlar da saxlayır. Vəzifədə olduğum vaxtı “Yaxt Klub”-a konsertə gələn şou adamları heç vaxt məni yaddan çıxartmaz. O qədər olub ki, şou adamları, müğənnilər yaxta ilə klip çəkdirmək istəyib, mən də təşkil etmişəm. Hamısına yaxtalarda klip çəkmək üçün icazə verirdim. Buna görə də kimi dəvət etmişəmsə, hamısı dərhal tədbirlərimə gəliblər. Yadıma gəlir, əməkdar artist Aygün Bəylər də yaxta ilə klip çəkdirmişdi. Digər müğənnilər də olub”.

A.Bəşirov “şou adamlarından kiməsə yaxta hədiyyə etmisiniz?” sualına isə belə cavab verib:

“Yəni, mən elə qudurmuşam ki, kiməsə yaxta hədiyyə edim? Evi də hökumətin razılığı ilə vermişəm. Məleykə Əsədova həmin binada yaşayırdı, mən də tapşırıq verdim ki, həmin evi onun adına keçirtsinlər. Deməyim odur ki, mən başıuca adamam. İndi də kömək etdiyim adamlar məni görəndə, yaxınlaşıb salam verirlər, hal-əhval tuturlar. Bu hər bir məmura nəsib olmur. Bir dəfə şəhərdə tək gəzirdim, küçədə 2 nəfər keçmiş nazirlərlə də rastlaşdım. Mənə dedilər ki, Aydın müəllim nə üçün təksiz, mühafizəçi ilə gəzmirsiniz? Mən də onlara dedim ki, sizin kimi əclaflıq etməmişəm ki, tək gəzməkdən qorxum! Bu sözümdən sonra onlar aradan çıxıb getdilər. Mən bu cür xarakterli adamam”.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ