Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Nadir Qafarzadə qızlara əsəbləşdi: "İndiki qızların çoxu belədir, bir bəhanə tapıb boşanırlar"

Nadir Qafarzadə qızlara əsəbləşdi: "İndiki qızların çoxu belədir, bir bəhanə tapıb boşanırlar"

Tanınmış müğənni Nadir Qafarzadə şahidi olduğu hadisəni izləyiciləri ilə bölüşüb.

Lunar.az xəbər verir ki, Qafarzadə yolda bir cütlüyün söhbətinə qulaq şahidliyi edib və eşitdiklərini izləyiciləri ilə bölüşüb: “Bu gün həm maraqlı, həm də acınacaqlı hadisənin şahidi oldum. Gənc ailə (hamilə gəlin) evə gəlir, yolda mübahisə başlanır.

Ər: Dedim axı o telefondan uzaq dur, yenə “İnstagram”da kimi dostluğa qəbul etmisən?
Gəlin: Eh, əl çək, rəfiqələrimdi! Sən özün gündə kiminlə yazışırsan, heç bir söz deyirəm?
Ər: Mənim belə şeylər xoşuma gəlmir. “İnstagram”ı, “Facebook”u bağla!
Gəlin: Əgər sənim getməyimi istəyirsənsə problem yoxdur.
Ər: Axı mən sənə nə dedim ki, bəhanə tapırsan getmək üçün?
Və sonda gəlin getdi atasıgilə. Siz nə düşünürsünüz dostlar, sizcə boş söz-söhbətdən ötrü ailəni dağıtmağa dəyərmi? İndiki qızların (bəzi) çoxları belədirlər, bir bəhanə tapıb boşanırlar”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ