"Pijama stilində geyimlər dəbə gəlib. Bu gülməli görünsə də, aktualdır. Biz də hər şeyi bilmirik, amma izləyirik. İnsan hara nə geyindiyini bilməlidir. Özünə yaraşanı geyinməlisən. Dəb olduğu üçün geyinib, özümü gülünc vəziyyətə qoymağı düşünmürəm".
Lunar.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Lider maqazin"ə açıqlamasında deyib.
Özünə mənzil alan sənətçi bu cür hallarla gündəmə gəlməyi sevmədiyini söyləyib:
"Nəhayət, ev aldım. Utanıram bu haqda danışmağa. Kimin nəyi var özünə qismət. Bunlarla reklam olmağı heç vaxt istəməmişəm. Geyindiyim paltar, ayaqqabı ilə reklam olunmaq mənlik deyil".