Müğənni Samiradan möhtəşəm klip: "Rəqs edirəm" - VİDEO
Müğənni Samira Əfəndi Ukraynada yaşayan azərbaycanlı prodüser İdris Cəfərov ilə 2017-ci ilin sonunadək bir illik müqaviləyə imza atıb. Müqaviləyə əsasən EFENDİ adı altında Samirə Əfəndiyeva, bir neçə Beynəlxalq layhələrin iştirakçısı olacaq. Onlardan birincisi bugün sizlərə təqdim olunur.
Bu, "Я танцую" adlı musiqi layhəsidir. Mahnının musiqisi, sözləri, aranjemanı və masteringi tam olaraq "ART sound producsion" tərəfindən həyata keçirilib. Klip çəkilişinin Ukraynada olması nəzərdə tutulur. Mahnının klipi "Jafarov Creative" agentliyi tərəfindən Azərbaycanda həyata keçirilib. Layihə çərçivəsində bir çox mütəxəsisslər cəlb olunub.
Klipin ərsəyə gəlməsində 100-dən çox insan iştirak edib. Əsas hissələri həyata keçirən mütəxəssislər cəlb olunub. Bunlardan videoqraf Ramin Cəfərovdur. Klipdə müxtəlif bir-birindən fərqli tərzdə geyim obrazları modelyer-dizayner Aişa tərəfindən təşkil edilib. Rəqs və klipin baş qəhramanları obrazını canlandırdılar.
Müqaviləyə əsasən Samirə Əfəndiyeva Beynəlxalq layhələrdə EFENDİ adı ilə iştirak edəcək. Üç illik müqavilə əsasında bu layhənin İtunes və ümumi yayım hüquqları Russiyanın "Star Production" şirkətinə həvalə olunub.