Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Boş-boş söhbətləri sevmirəm..." -Nigar Camal

"Boş-boş söhbətləri sevmirəm..." -Nigar Camal

"Boş-boş söhbətləri sevmirəm..." -Nigar Camal



“Eurovision 2011” qalibi Nigar Camal maraqlı açıqlama verib.

Lunar.az xəbər verir ki, tanınmış ifaçı “Lider magazin” verilişində şou-biznes əhlindən danşıb.

Belə ki, o, qalmaqallardan uzaq durmağı və kiminsə dalınca danışmağı sevmədiyini bildirib:

“Boş-boş söhbətləri sevmirəm. Kim necə istəyir elə də yaşasın. Mən də istədiyim kimi yaşayıram. Kimin məni sevib-sevəmədiyi də önəmli deyil”.

Sənətçi həmkarlarının öz üzərlərində işləmədiklərindən də gileylənib:

“10-15 il bundan əvvəl 10 müğənninin adını çəkə bilərdim. Bu gün belə durğunluğun səbəbinin nə olduğunu bilmirəm. Müğənnilər öz üzərlərində işləməkdə tənbəllik edirlər. Çoxu eyni mahnını ifa edir”.

N.Camal özünün şou-biznesdəki yerini də söyləyib:

“Həmişə birinci olmaq mümkün deyil. Reytinqim düşə də bilər, qalxa da bilər. Bir zamanlar ümumiyyətlə bəzi səbəblərdən səhnədən uzaqlaşdım, sonra yenidən qayıtdım. Hazırda düşünürəm ki, reytinqin birincisi kişilərdən Miri Yusif, xanımlardan Röyadır”.

Müğənni sənətdə onun paxıllığını çəkənlərə də sərt cavab verib:

“Kim nə deyir, desin, mən tarixdə özü adımı yazmışam. İndi birinci pillədə olmasam da, adım həmişə tarixdə qalacaq”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ