Xalq artisti Məleykə Əsədova “Lider maqazin”ə açıqlama verib.
Lunar.az xəbər verir ki, aktrisa onun ünvanına söz atanlara əhəmiyyət vermədiyini söyləyib:
“Dedi-qodu ilə şöhrət tapan bir-iki il gündəmdə olacaq. Paxıllığımı çəkənlər var. Var olan yüksəkliyə çox daş atarlar. Onlara fikir vermirəm. Mənə söz atan o qədər olur ki... Amma mən onları eşitmirəm, görmürəm. Bir yerdə qalmaqal edirlərsə, oradan gedirəm, onlara qoşulmuram. Gündəmdə illərlə qalmaq istəyən sənəti ilə məşğul olsun. Mən elə səviyyəyə enmək istəmirəm. Kiməsə cavab versəm səviyyəmi aşağı salaram. Kiməsə adımı çəkib gündəmə gəlmək lazımdırsa etsin. Belələri çoxdur".
M.Əsədova qızı Gülərdən danışıb:
"Qızım ürəyimi açarla bağlayıb. Deyir, bu ürəyə məndən başqa heç kim girə bilməz".