London Kommunikasiya Kollecində oxuyan Melisa Uralın illik təhsil haqqı üçün Sibel Canın 13 min funt-sterlinq (təxminən 30 min manat) ödəniş etdiyi öyrənilib.
Lunar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Londonda təhsil alan Sibel Canın qızı Melisa Ural ötən gün yoldaşları ilə İstanbulda əylənərkən görüntülənib. Dostunun doğum günü partisinə qatılan Melisa çıxışda jurnalistlərin bütün suallarını cavabsız qoyaraq avtomobilinə minərək uzaqlaşıb.