Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ləman Məmmədova: "Azaliya həmən gün reklama içkili-içkili çıxması absurddur yalandır"

Ləman Məmmədova: "Azaliya həmən gün reklama içkili-içkili çıxması absurddur yalandır"

Ləman Məmmədova: "Azaliya həmən gün reklama içkili-içkili çıxması absurddur yalandır"




Azərbaycanlı maniken Azaliya Əliyevanın işçi heyyətindən biri Ləman Məmmədova L'Officiel - France dərgisinin jurnalisti tərəfindən müsahibə alıb. Müsahibədə Ləman Məmmədovaya çətin suallar verilib.
L'Officiel Müxbiri: Ləman xanım,Xoş gəlmisiniz ofisimizə suallara başlamamışdan öncə fransa tortundan və fransa limanadında dadın.

- Ləman Məmmədova: Təşəkkür edirəm mən Fransada birinci dəfə deyil gəlirəm komanda şəkilində Lionda olmuşuq. Paris gecələrini daha çox sevirəm.

L'Officiel Müxbiri: Burada ölkəmizin qonağı olmaqdan fərəhlənirik. Fransa xalqı qonaqpərvər xalqdır. İlk səfərinizdən təəsüratlarınız qalıbmı?

- Ləman Məmmədova: Bəli qalıb. Fransada adını çəkməyəcəyim şirkətin reklamına gəlmişdik,Yanlışlıqla Monako şəhərinə gəlmişdik eyni oteldən Monakodada var idi otelə gəldik ki,yerləşək resepşionda bizə dedilərki siz səhv şəhərə gəlmisiz Lionda-olmalısınız. Onda müdürümüz həm hirslənmişdi həmdə hirslənə gülürdü özüd. (Gülür)

L'Officiel Müxbiri: Həmən o səhnəni görmək istəyərdim. Azaliya xanımda buyurub Fransaya? Yoxsa İsveçdədir?

- Ləman Məmmədova: Mən elə bilirdim sizin xəbəriniz var. Xeyr, mən digər işçimiz Banu xanımla gəlmişəm. Digərləri isə köhnə ofisimizdədir. Azaliya xanım Yunanıstandadır. İsrailin və Yunanıstanın bir sahədə xoş məramlı səfiri seçilib. Rəsmi adamlarla şəkilləri varki,onu hələm paylaşmamışıq. Düşünürük ki,buna ehtiyyac yoxdur.

L'Officiel Müxbiri: Bunun qarşılığında Azaliya xanım nəqədər qonorar alıb?

- Ləman Məmmədova: İnanın səmimiyyətimə qız ancaq pul xərcləyir hələki heç kəs gətirib ona qonorar verməyib. İstəmirdə heç hələki hardasa yüz min dollara yaxın xərci çıxıb. Bəlkədə veriblər məvacib və ya qonorar amma mənim xəbərim yoxdur. Onun maliyyə işlərinə Aysu baxır. Mən belə şeyi bilmirəm.

L'Officiel Müxbiri: Bilirəm, bezmisiniz bu sualdan amma soruşacam. İsrail və Azaliya adı tez-tez çəkilir dərgimizin Forumunda Azaliya xanımın şəkilini paylaşdıq münasibəti öyrənmək üçün orada yaxşı rəylər çox az idi bəziləri "Şeytan","İsrailin dostu" yazanlarda az deyildi.

- Ləman Məmmədova: Elə bizdəndə elə yazanlar az deyil. Kim necə istəyir nə deyirlər desinlər heç oxumur o yazılan rəyləri. Bu yaxınlarda Azaliya Yunanıstanda Yunan bayrağının yanında durub bir şəkil çəkmişdir. O şəkildə bir ayağı digər ayağına qoymuşdu gülərək poz vermişdir. Təsadüfən kölgə yaxşı alınmadı sosial şəbəkəyə yayıldı bu elə öz profilində o dəqiqə yazdılar ki, Neyəsə işarə edir, illuminantı kitabında bu duruş var nəbilim nə.Yazırlarda yazsınlarda xətrlərinə dəymiyək biz amma çərçivədə yazsınlar.

L'Officiel Müxbiri: Twist şirkəti ilə münaqişənin sonu nə oldu? Əsl Səbəbi nə idi?

- Ləman Məmmədova: O Şirkətin əməkdaşlarından biri iddia edirdi ki, Azaliya Əliyeva reklam meydanına içkili gəlmişdi. Amma belə bir şey yox idi. Həmən gün biz Azaliya Əliyevanı kilisənin həyətində gözləyirdik. Azaliya Əliyeva cəmiyyət arasında toplumda içki qəbul etmir. Əvvəllər içki qəbul edirdi ancaq restoran kabinalarında,evdə yada ofisdən sonra öz aramızda yığıncaq təşkil edirdik buna ofisimizin şəraiti imkan verirdi. Verdilər müdürümüzü məhkəməyə məhkəmədə sübut olunduki, Azaliya Əliyeva ora içkili gəlməmişdir. Əslində təzminat davası açsaq idik onlar bizə pul ödəyəcəkdilər ancaq etmədi istəmədi. Azaliyanın pula ehtiyyacı varki?

L'Officiel Müxbiri: Azaliya Əliyeva əvvəlki gücünü azda olsa itirib. Razısınızmı?

- Ləman Məmmədova: Tamda deməzdim sadəcə bitirilməsi lazım olan bir iki işləri qalıb onuda tam yerinə yetirsə hər şey gözəl olacaq. Sadəcə səbr lazımdır.

L'Officiel Müxbiri: Yeni ofisiniz Parisdə olacaq?

- Ləman Məmmədova: Onu hələm tam qərara gəlməmişik müdürü gözləyirik o nə qərar versə oda olacaq.

L'Officiel Müxbiri: Azərbaycandan dəvət göndərsələr orada çalışarmısınız?

- Ləman Məmmədova: İnanmıram ki bizi kimsə dəvət etsin Azərbaycan şirkətlərindən.

L'Officiel Müxbiri: Səbəb?

- Ləman Məmmədova: Azərbaycanda bu sahə inkişaf etməyib. Azaliya avropada geyindiyini Bakıda geyinsə pis baxarlar ona. Arxasından deyilməyən qalmaz. Həm Azərbaycanda tamda güclü işini bilən rejissor çox azdır. Onların kamera,effekt vermək 1024 HD kameraları yoxdur düşünürəm. Həm Azaliyanın 1 dəqiqəsinə pul verən bir şirkət yoxdur. Olsada yəqinki, Azərsun şirkətlər qrupu olar, onlarda buna çox tab gətirə bilməzlər.

L'Officiel Müxbiri: Ortalama bir reklam üçün şirkətə nə qədər baha başa gəlir?

- Ləman Məmmədova: Söhbət Azaliyadan gedir?

L'Officiel Müxbiri: Bəli.

- Ləman Məmmədova: 220.000$-450.000$ arası baxır reklamın məğzinə və ona ayrılan vəsaitə azda ola bilər.

L'Officiel Müxbiri: 1 dəqiqəsi?

- Ləman Məmmədova: Bəli

L'Officiel Müxbiri: Vooouv bu ki, möhtəşəmdir...

- Ləman Məmmədova: Mən sizə əvvəlki vaxtlardan deyirəm indi bəlkədə azdır. Çünkü hələki işləmirik. Xanımın başı qarışıqdır bu aralar.

L'Officiel Müxbiri: Bəs əgər 1 dəqiqədən aşağıdırsa?

- Ləman Məmmədova: O Zaman,bütün reklamı danışırıq. Hər hansısa məbləği

L'Officiel Müxbiri: Ofisimizə gəldiyiniz üçün sizə ayrıca təşəkkür edirik minnətdarıq sizə

- Ləman Məmmədova: Buyurun azda olsa sizinlə vaxt keçirtmək mənim üçün xoş oldu.












İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ