Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Səmra: "Qorxuram, düşünürəm ki, məni izləyirlər" - FOTO

Səmra: "Qorxuram, düşünürəm ki, məni izləyirlər" - FOTO

Səmra: "Qorxuram, düşünürəm ki, məni izləyirlər" - FOTO




Ölkəmizi bu il 61-ci Eurovision mahnı müsabiqəsində təmsil edən müğənni Səmra Rəhimli ADDIM və CinemaPlus-un gənclər arasında kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirdiyi "Cinema-ya ADDIM-la" adlı layihəsinin qonağı olub. lunar.az xəbər verir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər CinemaPlus-da rejissor Oliver Stounun müəllifi olduğu "Snouden" filmini izləyib. Tədbirin əvvəlində ADDIM-ın rəhbəri Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyə dəvət olunan Səmranın layihədə iştirakını alqışlayıb və ona yaradıcılıq uğurları arzulayıb.

Daha sonra müğənni gənclərlə fotoçəkimlər edib və jurnalistlərlə film barədə təəssüratlarını bölüşüb. Qeyd edək ki, müğənninin geyimi yenə də media nümayəndələrinin diqqət mərkəzində olub. Filmi Səmra ilə bərabər yaxın rəfiqəsi Seva Əlişova da izləyib. Sonda Səmra film haqqında təəssüratlarını bölüşüb: "Film çox maraqlıdır, insanı düşünməyə vadar edir. İndi mən qorxuram, düşünürəm ki, məni də eynilə filmdəki kimi hər zaman izləyirlər".

Qeyd edək ki, "Cinema-ya ADDIM-la" layihəsi çərçivəsində nümayiş olunan "Snouden" filmində rollara Jozef Gorden Levit, Şeylin Vudli, Melisssa Leo çəkiliblər. Film Amerika Dövlət Departamentinin qalmaqallı kəşfiyyatçısı Edvard Snoudenin həyatından bəhs edir.








Xanimcik от 28 sentyabr 2016 21:08
tewekkurelr xebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ