Cəlilabad rayonunda qeyri-adi təbiət hadisəsi baş verib.
Qışda rayonun Uzuntəpə kəndində alça ağacı gül açıb. Hadisə yerli sakin Nəsir Hüseynovun fərdi təsərrüfatında qeydə alınıb. Qar yağdıqdan sonra ağacların kollarını təmizləyən təsərrüfat sahibi budaqlarında qar olan alça ağacının gül açdığını görüb. Havaların bir neçə gündür şaxtalı keçməsinə baxmayaraq, ağacın gülləri solmayıb.