Sənətçi Hülya Avşarın Kaya Çilingiroğlundan olan qızı Zəhra Londonda "University of Westminister"a qəbul olub.
lunar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, vəkil olmaq istəyən Zəhra orada anasının yaxın nəzarəti ilə oxuyacaq. Qızını yad ölkədə tək buraxmaq istəməyən sənətçi onunla birlikdə Londona köçür.
O, ayın yarıdan çoxunu Londonda keçirəcəyi üçün orada "Knigtsbridge" ərazisində yerləşən evindəki kirayənişinlərdən birinin çıxmasını istəyib.
Qızlarının qeydiyyat məsələlərini həll etmək üçün Hülya və Kaya sentyabrda Londonda olacaqlar.