Bu qız özünü pişik kimi hiss edir. Nə qədər qəribə səslənsə də, Norveçin Oslo şəhərində yaşayan Nano insan olduğunu unudub, özünü pişik kimi aparır.
20 yaşlı Nano insan cildinə girmiş pişik olduğunu iddia edir. Bu heyvan kimi görmə və eşitmə qabiliyyəti olduğunu deyən gənc qız küçədə it görəndə dərhal fısıldayır. Valideynləri onu bir neçə dəfə psixoloq yanına aparsalar da heç bir nəticəsi olmayıb.
Nano çox vaxt miyoldayaraq danışır. Ancaq onu anlayanlar da var. Məsələn, sevgilisi.
Qeyd edək ki, özünü pişik sayan Nano yaxın günlərdə cərrahiyyə əməliyyatı etdirərək sifətində bu heyvanın təsvirini yaratmaq niyyətindədir.