İyulun 30-dan Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının ötən gün bağlanışı baş tutub.
lunar.az-ın məlumatına görə, bir neçə gün davam edən festivalın qonaqları arasında tanınmışlar yer alıb.
Festivalı izləyənlər arasında "Eurovision" təmsilçilərimizdən olan Aysel Teymurzadə də görüntülənib.
Tamaşaçılar arasında fotokameralara tuş gələn Aysel konsertləri həyat yoldaşı, pianoçi Murad Adıgözəlovla birlikdə izləyib.
İki övladı olan A.Teymurzadə üçüncü uşağına hamilədir.
Qeyd edək ki, A.Teymurzadə ailə qurduqdan sonra müğənnilikdən uzaqlaşıb.