Dünyanın hər yerində hər gün müxtəlif sosial şəbəkələrdə və ya digər onlayn platformalarda minlərlə yeni hesablar yaradılır. Lakin insanlar bəzən təhlükəsizlik tədbirlərini çox da ciddiyə almırlar. Halbuki “şifrə oğurluğu” da müasir dövrün ən çox yayılan “peşə”lərindən biridir.
Bu yaxınlarda Şifrə İdarəetmə Şirkəti – SplashData 2015-ci ilin ən populyar şifrələrini açıqladı. SplashData keçən il oğurlanmış iki milyon şifrəni – ən çox oğurlanmışları və ümumiyyətlə, ən az təhlükəsiz hesab olunanları nəzərdən keçirib. SplashData’nın təqdim etdiyi siyahıdakı şifrələrin çoxu Qərbi Avropa və Şimali Amerikaya aiddir. Lakin bütün dünyada da istifadə olunmaqdadır. Heç təəccüblü deyil ki, “123456” və “password” listin başında gəlir, lakin “monkey”, “dragon”, “princess”, “starwars” frazaları da ilk 25-liyə daxildir.
SplashData məsləhət görür ki, 8 rəqəmdən və ya daha çox müxtəlif simvollardan (hərf, rəqəm, digər simvollar) ibarət kombinasiyalardan, hər sayt üçün müxtəlif istifadəçi adı və istifadəçi adından fərqli olan şifrələrdən istifadə edəsiniz. Bundan başqa, təklif edir ki, şifrə menecerləri vasitəsilə təsadüfi yaranan təhlükəsiz şifrələrdən istifadə etərək, şifrənizin başqaları tərəfindən təxmin edilməsi ehtimalının qarşısını ala bilərsiniz.
Beləliklə, lunar.az sizlərə SplashData’nın həmin listinin tamamını təqdim edir. Əgər sizin şifrəniz də buradadırsa, dəyişmək barədə düşünməlisiniz:
123456
password
12345678
qwerty
12345
123456789
football
1234
1234567
baseball
welcome
1234567890
abc123
111111
1qaz2wsx
dragon
master
monkey
letmein
login
princess
qwertyuiop
solo
passw0rd
starwars