Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
TARKAN dieti ile 20 gunde  8 kiloqram ariqlayin

TARKAN dieti ile 20 gunde 8 kiloqram ariqlayin

TARKAN dieti ile 20 gunde  8 kiloqram ariqlayin


красная клубника

Meqastar Tarkan 20 gündə 8 kiloqram arıqlayıb.

Hər gün 1.5 saat məşq edərək köhnə formasına qayıdan Tarkan yağsız və şəkərsiz hər şeyi yeyə biləcəyi bir pəhriz tətbiq edib.

Klassik meyvə-tərəvəz pəhrizlərindən kənara çıxan Tarkan sevdiyi yeməklərdən məhrum olmadan buna nail olub.


Həmin pəhrizi sizə təqdim edirik:

Səhər yeməyi:

* 2 dilim kəpəkli çörək ya da yulaf əzməsi

* 100 qr. yağsız kəsmik

* Pomidor, badam salatı, təzə bibər

* Bir stəkan pəhriz südü / çay

* 30 dəqiqə sonra 1 stəkan qreypfrut, portağal, alma ya da kök suyu


Nahar:

* İki ədəd orta ölçülü qaynadılmış kartof

* 150-200 qr. toyuq, yağsız qırmızı ət və ya balıq

* Duzsuz, yağsız salat

* Bir orta ölçülü banan və kivi


Şam yeməyi:

* Bir boşqab yağsız, duzsuz tərəvəz yeməyi (kartof və ya oxud əlavəli). İspanaq, gül kələmi, balqabaq və s. arasında seçim edə bilərsiniz.

*Tərəvəzli plov (duzsuz limonlu)

* Üç yumurta ağı

* Meyvə salatı (banan, kivi, armud, yaşıl alma, üzüm) 30 dəqiqə sonra bol limonlu rəndələnmiş kök


Şirniyyatlar:

Balqabaqlı şirniyyat: Limon suyu da əlavə edilə bilər.

"İrmik” şirniyyatı: İrmik tavada yaxşıca qovrulur. Su və limon suyu qaynadılır, isti şəkildə əlavə edilir.

"Etimek” şirniyyatı: Düyü unu, pəhriz üçün nəzərdə tutulan süd, dilimlənmiş banan və yüngül darçın əlavəli.


Qeyd: Gündə 3 fincandan çox nescafe içməyin. Çaya limon suyu əlavə edin. Həftədə ən az üç gün cökə çayı içə bilərsiniz.
красная клубника








MeLeK от 6 avqust 2016 16:12
Xeber ucun tesekkurler..minetdaram..
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ