Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ölümdən sonra insanı nələr gözləyir?

Ölümdən sonra insanı nələr gözləyir?

Ölümdən sonra insanı nələr gözləyir?

Benjamin Franklin’in dediyi kimi, həyatda iki mütləq həqiqət var: onlardan biri ölümdür, digəri isə vergilər. Ölüm haqqında bilmədiyini 5 həqiqəti öyrənməyə hazırsınız?

İnsan bədəni çürüməyə başladıqda, şəkər qoxusu verir

Bədənin çürüməsi mürəkkəb hadisədir. İnsan bədəni çürüməyə başlayanda 400 fərqli kimyəvi reaksiya meydana çıxır. Bu kimyəvi maddələrin bəziləri suyla qarışdıqda, alkoqol və asid yaranmış olur. Bu hadisə sadəcə insan vücuduna xasdır. Çürümə əsnasında gələn şəkər qoxusunun da, bu proses zamanı yarandığı alimlər tərəfindən sübut olunub.

Saç və dırnaqlar uzanmağa davam edirmi?

Alimlərı bu suala “Xeyr” cavabı verir. Yəni, bu söhbət əfsanədən başqa bir şey deyil. Əslində isə ölüm reallaşdıqdan sonra, bədəndəki su yox olduğu üçün, bədən kiçilir və məhz bu səbəbdən də saç və dırnaqlar daha uzun görünür.

Nə qədər yaşayacağınızı DNA ilə bilmək olurmu?

Əgər Kleopatranın burnu daha qısa olsaydı, dünya tarixi fərqli ola bilərdi. Eyni şəkildə də sağlam çevrə şərtlərində, hüceyrələrimiz ölümsüz ola bilərdi. Xromosomların sonunda “Telomere” adı verilən bir hissə, hüceyrələr bölündükcə qısalır və bunun nəticəsində də sonda yox olur. Telomere üzərində fala baxılaraq, nə qədər bölünmə şansımızın qaldığı müəyyən olunur. Ancaq DNA quruluşu haqqında bilmədiyimiz o qədər şey var ki, bu iddiaların doğruluq payı olduqca azdır və sübut olunmuş heç nə yoxdur.

Həqiqətən də yaşlılar ölümdən daha çox qorxurmu?

ABŞ institularından birində aparılan araşdırmaya görə, 40 yaşlarındakı insanlar ölümdən, nisbətən qoca nəsillərdən daha çox qorxur. Digər araşdırmaya görə isə, 35-50 yaş arasında ölüm həyəcanı, 60 yaşdan yuxarı olan insanlara nisbətən daha çoxdur.

Ölüm haqqında çox düşünməyin!

Ölüm haqqında çox düşünmək sizi xasiyyətinizə, verdiyiniz qərarlara da təsir edərək, psixologiyanızı pozur. Ona görə ölüm qorxusuyla deyil, inandıqlarınızı yaşayaraq həyatdan zövq almağa çalışın.








Suzana от 12 yanvar 2016 22:06
esil heyat onan sora basliyacaq indi qonagiq cox maraqli gelir mene
--------------------
LoVe Fire от 12 yanvar 2016 22:40
Olmuw gece-gece bu ne xeber idi:)qorxdum lap....ellerina saxliq.
--------------------
Esgeroov
Esgeroov от 25 fevral 2016 21:51
Ezyet Cekib Paylawrsiz Beyendim Elnize SaliQ
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ