Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Baxımlı dırnaqlara sahib olmaq üçün MƏSLƏHƏT

Baxımlı dırnaqlara sahib olmaq üçün MƏSLƏHƏT

Baxımlı dırnaqlara sahib olmaq üçün MƏSLƏHƏT


Baxımlı dırnaqlara qovuşmaq üçün mütləq salona, ya da bir gözəllik mərkəzinə gedib vaxt və pul sərf etmənizə ehtiyac yoxdur.


Əvvəlcə əllərinizi isti suyla və bol sabunla yuyun. Fırça ilə dırnaqlarınızı fırçalayın. Dırnaq ətrafında yaranan ölü dərini dırnağa doğru itələyərək işə başlayın. Əgər ölü dəri çoxdursa, kiçik qayçı ilə onları təmizləyin. Daha sonra dırnaqlarınızı istədiyiniz boyda kəsin.

Dırnaqlarınız sarı və mat görünür? O zaman bir limonu ikiyə bölün və dırnaqlarınızı bununla ovun. Qısa müddətdə fərqi görəcəksəniz.

Dırnaq boyasını silmək çəkməkdən daha çətin iş sayılır. Tünd rəngli boyaları silmək üçün ilk olaraq dırnağınızın kənarlarından bayıra doğru başlamalısınız.

Dırnaqlarınız tez qırılır, ya da çox çətin uzanırsa, mineral və protein qəbulunu artırmalısınız. Özəlliklə yay aylarında bol su için. Həm də dırnaqlarınızı həmişə eyni istiqamətə, yumşaq pilka ilə təmizləyin.
Dırnaqlarınıza ayda ən az bir neçə gün dırnaq boyası sürtməyin. Həmin günlər hindqozu yağı sürtə bilərsiniz.


Tez qırılan dırnaqlar üçün maska

Yarım limon
1 çay qaşığı badam yağı
1 çay qaşığı duz
1 stəkan ilıq su

Bütün bunları şüşə qabda qarışdırın. Pambıqla bütün əl və ayaq barmaqlarına sürtün. Həftədə 2 dəfə bunu edin.








BANDITKA от 13 aprel 2016 16:27
Tewekkurler xebere gore maraqli idi
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ