Norveçin gözəlliyi bir çoxumuza bəllidir. Ecazkar təbiəti ilə bütün dünya insanlarının ən sevimli ölkəsinə çevrilmiş bu nağılvari məkanda bir həftə keçirmək həyatımız boyu mütləq etməli olduğumuz fəaliyyətlərin siyahısına əlavə edilməlidir.
Fotoqraf Mikolay Gospodarek da Norveçin soyuq havası və mükəmməl təbiətində əla bir həftə keçirib. O, istirahət etməklə yanaşı, bizi də həmin gözəl məkanlara virtual səyahətə çıxarmaq üçün mükəmməl fotolar çəkməyi bacarıb. Norveçin Lofoten adalarında çəkilmiş bu şəkillərdə dağların və dənizin, qar, yağış və küləyin əsrarəngiz əkslərini görəcəksiniz.
Həmin səyahətdə çəkilmiş fotoları sizə təqdim edirik: