Artıq qalan dəm çayını gözəlliyiniz və sağlamlığınız üçün istifadə edə bilərsiniz. lunar.az bununla bağlı tövsiyələr təqdim edir.
Saçınızı şampunladıqdan sonra son su olaraq bir çaydanlıq ilıq çayla durulayın. Saçlarınız işıl-işıl parıldayacaq.
İlıq çay dolu bir ləyənə ayaqlarınızı qoyun. Və hər axşam yatmadan əvvəl ayaqlarınızı bu suda 10 dəqiqə saxlayın.
Soyuq dəmin suyunu boğaz ağrılarında qarqara olaraq istifadə edə bilərsiniz.
Hamamdan çıxmadan əvvəl dəmlikdəki su ilə dərinizi yuyun. Balzam təsiri edəcək.
Dəmlikdəki suyu dərinizdəki yaraların təmizlənməsi, antibiotik olaraq pambıqla istifadə edə bilərsiniz.
Balıq təmizləyəndə əllərinizi hər cür sabunla yusanız da iyi getmirsə, əliniz dəmli çay ilə yuyun.
Dəmlənmiş çayı bir tasa qoyub buxarını gözünüzə verin.
Dəmlikdə qalan çayı süzüb qurudun, bir qabın içində soyuducuya qoyun. Soyuducudakı pis qoxuları yox edəcək.