Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
70% insan sosial şəbəkələrdə süni həyat nümayiş etdirir

70% insan sosial şəbəkələrdə süni həyat nümayiş etdirir

70% insan sosial şəbəkələrdə süni həyat nümayiş etdirir


Sizə də elə gəlir ki, dostlarınızın Facebook’da gördüyünüz həyatları siz yaşadığınız həyatdan qat-qat əyləncəli, rəngarəng və qeyri adidir? Bəli, bu təbiidir. Paxıllıq etməyə tələsməyin. Araşdırmalar iddia edir ki, bir çox insan sosial şəbəkələrdə əslində yaşamadıqları həyatı görüntü vasitəsiylə formalaşdırır, insanlarda süni təəssürat yaratmağa çalışırlar.

Facebook, Instagram və Snapchat kimi sosial şəbəkələrdə hesabları olan insanların təqribən 70%-i məqsədli şəkildə elə fotolar qoyur ki, onların həyatlarını daha zəngin və macəra dolu görünsün. Əslinə qalsa, bu “metod” çox yaxşı da işə yarayır. Çünki sosial şəbəkədə olan insanların 75%-i gördüklərinə əsasən insanların həyatı haqqında nəticə çıxarırlar. Bütün bu məlumatlar smartfon istehsalçılarından birinin keçirdiyi sorğu nəticəsində meydana çıxsa da, əslində bunu hər birimiz gündəlik həyatımızda müşahidə edə bilirik.

Maraqlısı budur ki, istifadəçilərin 6%-i fotoları tamamilə dəyişdirir, onlara xüsusi proqramlar vasitəsilə müxtəlif obyektlər daxil edir, görüntüləri dəyişdirərək fərqli şəkildə təqdim edirlər. Sorğuda iştirak edənlərin bir çoxu etiraf edib ki, onlar getdikləri müxtəlif yerlərin şəkillərini dostları və qohumlarını qısqandırmaq üçün paylaşırlar.

Qeyd edək ki, daha əvvəllər amerikalı tədqiqatçılar aydınlaşdırmışdı ki, sosial şəbəkələr həm də müsbət nümunələr göstərə bilər. İstifadəçilərə məşqlər və ya hər hansı bir şeyi əldə etmə məsələsində motivasiya verən məsələ isə öz uğurlarını mütəmadi olaraq dostları və qohumlarıyla paylaşmaq imkanıdır. Bu imkan nəticəsində onlar uğur qazanmağa daha məsuliyyətli yanaşır və çox çalışmağa meylli olurlar.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ