Telefonun ekranındakı cızıqları necə aradan qaldıraq?
Mobil telefonunun ekranında yaranan cızıqlar hər kəsi narahat edir. Bəs bu cızıqları ev şəraitində aradan qaldırmaq mümkündürmü?
lunar.az bu üsulları təqdim edir.
Kiçik cızıqlar üçün su və karbonat effektli üsuldur. Bunun üçün bir çay qaşığı su ilə iki çay qaşığı karbonatı qarışdırın. Əldə etdiyiniz bu məhlulu telefonunuzun ekranına sürtün. Məhlulun telefonun içinə və düymələrinə girməməsinə diqqət edin. Təmiz bezlə dairəvi hərəkətlə ekranı silin. Azca nəmləndirilmiş bezlə ekranı təmizləyin, mikro fiber bezlə ekranı parıldadın.
Səthi cızıqları bu üsulla aradan qaldırmağınız mümkündür. Daha dərinləri üçün profesionallara müraciət etməlisiniz.