Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İki Alimin Bir-Birini Səhv Anlaması Nəticəsində Edilmiş Mükəmməl Kəşf

İki Alimin Bir-Birini Səhv Anlaması Nəticəsində Edilmiş Mükəmməl Kəşf

İki Alimin Bir-Birini Səhv Anlaması Nəticəsində Edilmiş Mükəmməl Kəşf


Elm dünyasının ən əhəmiyyətli kəşflərindən bəziləri sadəcə bəsit səhvlər nəticəsində edilmişdir. Bu cür kəşflərdən biri haqqında maraqlı məlumatları da bu gün sizinlə paylaşmaq qərarına gəldik.
1610-cu ildə iki böyük alim dünyanın fərqli nöqtələrində yaşayırdı: Qalileo İtaliyada, Kepler isə Praqada qalırdı. Həmin dövrdə Qalileo öz yaratdığı teleskopla çox böyük həyəcan içində ixtiralar etməyə çalışırdı. İki əhəmiyyətli kəşfdən sonra alim bu xəbərləri Kepler ilə bölüşmək istəyir. Lakin, bu mesajı heç kimin başa düşməsini istəmədiyi üçün cümlələri kodlaşdıraraq yazır. Bunu etmək üçün onun çox tutarlı səbəbləri var idi. Kilsə artıq iki dəfə onu cəzalandırmışdı və daima nəzarət altında saxlayırdı. Qalileo Kopernikin Günəş mərkəzli Kainat nəzəriyyəsinin tərəfdarı idi, Kilsə isə Yeri mərkəz olaraq görür və buna qarşı çıxanları çox qəddar üsullarla cəzalandırırdı. Həm də, Qalileo kəşflərinin başqaları tərəfindən oğurlamasını da istəmirdi.

Qalileo kodlaşdırmaq üçün mesajdakı sözlərin hərf sırasını dəyişərək, anaqramlar yaradır və Keplerin şablonları dərhal görə bilmək bacarığına etibar edir. Qalileonun bəhs etdiyi ilk kəşf bu idi: “smaismrmilmepoetaleumibunenugttauiras.” Anaqramı açdıqda isə bu sözlər alınır: “altissimum planetam tergeminum observavi.” Yəni,”Ən yüksək planetin əslində üçəm olduğunu müşahidə etdim,” – yazmışdı. Həmin vaxtlar ən yüksək planet kimi tanınan Saturn idi, üçəm dediyi isə iki tərəfində çıxıntı kimi gördüyü halqaları idi. Bir sözlə, əslində Qalileo Saturnun halqalarını kəşf etmişdi.
Mesajda yazdığı digər kəşfi isə “cynthiae figuras aemulatur mater amorum” sözlərini “haec immatura a me iam frustra leguntur oy” anaqramına çevirərək, başa salmağa çalışmışdı. Bu isə bizim dilə tərcümədə “Veneranın də eynilə Ayda olduğu kimi fazaları mövcuddur,” mənasındadır.

Bunlar həqiqətən də çox böyük iki kəşf idi. Lakin, məsələnin ən maraqlı tərəfi hələ bundan sonra başlayır. Belə ki, Kepler mesajı aldıqdan sonra anaqramları səhv çevirir. İlk anaqramı “salve, umbistineum geminatum martia proles” şəklində görərək, “Salam, Marsın iki peyki var,” kimi başa düşür. Digər anaqramı isə “macula rufa in jove est gyratur mathem…” şəklində çözərək, “Yupiterin üzərində riyazi orbitdə fırlanan nəhəng bir qırmızı nöqtə var” mənasını çıxarır.
Bəli, bəli! Marsın həqiqətən də iki peyki var! Lakin, bunu nə Qalileo, nə də Kepler kəşf edə bilir. Onların arasında olan bu yazışmadan düz 267 il sonra Asaph Hall tərəfindən kəşf edilir. Qəribəsi odur ki, Yupiterdə nəhəng qırmızı nöqtənin olması da həqiqətdir. Bu qırmızı nöqtə, içinə dünyanın sığa biləcəyi qədər nəhəng bir fırtınadır. Heç vaxt bitmir və daima Yupiterin səthində dolaşır. Ancaq bu da ilk dəfə 1665-ci ildə Robert Hooke tərəfindən müşahidə edilmişdi.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ