Bir çoxumuz xəyal etdiyimiz, istədiyimiz həyatı yaşamırıq. Uşaq vaxtı müəllim, həkim, kosmonavt və ya kapitan olmağı arzulayırdıq. İndi isə sadəcə istirahətə getməyi və ya sevmədiyimiz işdən çıxıb yeni iş tapmağı istəyirik. Bəs bu xəyalların hansılarını reallaşdıra bilirik?
İnsan böyüdükcə xəyalları da inkişaf edir və təkmilləşir, onları reallaşdırmaq daha da asanlaşır. Bu gün qurduğunuz xəyalları həyata keçirmək uşaqlıq arzularımızla müqayisədə qat-qat daha asandır. Xəyallarınızı gerçəkləşdirmək üçün etməli olduğumuz bir neçə vacib şey var.
1. Layiq olduğunuza inanın
Bəzən yaxınlarınızın sizin haqqınızda dediyi təriflər qarşısında üzünüz qızarır, hətta əsəbiləşirsiniz. Hiss etdiyiniz o qəzəbin əsas səbəbi isə bütün bu təriflərə layiq olmadığınızı düşünməyinizdir. Halbuki, sizinlə bağlı tərif dolu sözləri söyləməklərində yeganə məqsəd, sizin dəyərinizi başqalarına da çatdırmaqdır. Ancaq hamımızın içində eyni qorxu var – bir gün kiminsə gəlib əldə etdiyimiz bütün uğurlara və başqalarının təriflərinə layiq olmadığımızı deyəcəyindən qorxuruq. Xəyallarınızın arxasınca getmək üçün əvvəlcə onlara layiq olduğunuza inanın. Bu inam getdiyiniz yolu həm asan, həm də əyləncəli edəcək.
2. Bacarıqlarınızı kəşf edin
Həqiqi azadlığı bir addım atmaqla əldə edə bilməzsiniz, bunun üçün daha uzun yol qət etməlisiniz. Həyata keçirmək istədiyiniz hər xəyal üçün içinizdə gizli qalmış bir istedadın olduğunu unutmayın. Yeganə etməli olduğunuz şey düzgün addımlar ataraq, həmin istedadı aşkara çıxarmaqdır. Bunun üçün isə daima öyrənmək lazımdır. Qabiliyyətlərinizi ortaya çıxarmağın mövcud olan yeganə yolu öyrənməkdən keçir.
3. Mübarizəyə davam edin
Səyahətin hər addımı yeni və maraqlıdır. Həyatı öz istədiyiniz şəklə salmaq istəyirsinizsə, bunun üçün dayanmadan çalışmaq lazımdır. Bir çox insan illər keçsə də, yaşamaq istədiyi həyata doğru heç bir addım atmır. Gündəlik qayğılar, beynimizdə şişirtdiyimiz maneələr bizi hər şeydən soyudur və addım atmaq istəyimizi sıfıra endirir. Özünüzü həvəsləndirən şeyləri tapın və istədiyiniz həyat uğrunda mübarizə aparın.