Dünya internet və texnologiyalar sayəsində dəyişir. Bu, həm də bizim davranışlarımıza təsir edir. Bir neçə il əvvəl heç ağlımıza gəlməyən şeylər, indi artıq asılı olmuşuq. Halbuki, dərindən düşünsək həyatlarımızın nə qədər qəribə şəkildə dəyişdiyini dərk edə bilərik.
Bunun yaxşı və ya pis olması barədə mühakimələri bir kənaraq qoyaraq, məsələyə yumor ilə yanaşaq. lunar.az sizin də internet asılısı olduğunuzu göstərəcək 5 əlaməti təqdim edir. Boynunuza alın, rahatlayın!
1. Əgər getdiyiniz hər hansı bir məkanda internet yoxdursa, ürəyiniz o qədər sıxıla bilər ki, hamının əhvalına soğan doğramağa başlayarsınız.
2. Ən böyük qorxunuzun telefonun batareyasında gördüyünüz 1 faizlik enerji simvoludur. İnternet olmasa, necə yaşayacağını bilmirsən.
3. Eyni evin içində ola-ola, digər otaqdakı ev sakinləriylə mesajlaşırsınız. Məsələn, “Yaxşı bacı ol, bu otağa gələndə mənim üçün bir dənə çay gətir.”
4. Hansı kafelərdə Wi-fi olub-olmadığını dəqiqliyiylə bilirsiniz. Şəhərin hansı səmtində nə kafe və restoran varsa, hər birinin internet bağılantısı barədə məlumatlı olmağın qürurunu yaşayırsınız.
5. Qulağına bildiriş səsi gəlməsi. Oturduğun yerdə sanki bildiriş səsi eşidirsən və qaçaraq telefonunu yoxlayırsan və heç nə. Məyusluq, göz yaşı, kədər…..