Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
“O filmin adı nə idi?” Sualına Dəqiq Cavab Verən Sayt!

“O filmin adı nə idi?” Sualına Dəqiq Cavab Verən Sayt!

“O filmin adı nə idi?” Sualına Dəqiq Cavab Verən Sayt!

Artıq bizim düşünməyimiz, lazımsız suallara çox vaxt itirməyimizə ehtiyac qalmır. Yaradılan hər yeni sayt, meydana çıxan hər texnoloji cihaz bunları bizim əvəzimizə edir.

Məsələn, bəzən olur ki, yaxın ətrafımızla hər hansı bir film haqqında söhbət edərkən həmin filmin, aktyorun ya da rejissorun adını xatırlmağa çalışırıq, lakin heç cür ağlımıza gəlmir. Saatlarla beynimizi yoran bu sualı xatırlaya bilməməyimiz isə diqqətimizi digər şeylərdən yayındırır və hətta kefimizi də poza bilir. Lakin artıq bunu bizim əvəzimizə edəcək sayt var!



Ancaq sizin kefinizi pozan həmin problem süni intellektin inkişafı ilə həll yolunu tapmaqdadır. Finlandiyalı texnologiya yenilikçiləri tərəfindən yaradılan “What is my movie” xidməti mükəmməl axtarış sisteminə sahib bir saytdır. Bir film və ya aktyor barədə yadınızda qalan səhnəni təsvir etdikcə, sayt minlərlə filmi filtrdən keçirərək, sizin axtardığınızı tapmağa çalışır. Yaradılmaqda olan sayt filmləri “bir-bir” izləyir və bütün səhnələri və obrazları yaddaşına yazır.

Finlandiyanın Oulu Universitetində işləyən Valossa adlı komanda yaxın günlərdə bu proyekt üçün 650 min dollar sərmayə əldə edib. Onların iddiasına görə, vebsaytın axtarış sisteminin səs xüsusiyyəti də, Apple Siri xidmətindən keyfiyyət baxımından daha öndədir.



“Mənə sadəcə sevgi filmləri seç” və ya “Mənə sahil qəsəbəsində çəkilmiş filmləri seç” deyərək də, marağınıza uyğun filmlər seçə bilərsiniz. Hal hazırda “What is my movie”yə 45 min film yüklənib və hələ də bu inkişaf davam etdirilir.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ