Çöl tutuquşuları Avstraliyanın çox yağıntı düşməyən düzənlik ərazilərində yaşayırlar. Suya olan ehtiyaclarını yedikləri toxumlardan qarşıladıqları üçün bu quşlar quraqlıq zamanlarında bir ay su içmədən yaşaya bilirlər. Çöl tutuquşuları üçün su çox vacibdir. Buna görə də həyatlarını iqlim şəraitinə görə tənzimləyə bilirlər. Məsələn, lazımi qədər su tapa bilmədikləri zaman cütləşməni dayandırırlar və su üçün yeni yerlər axtarmağa gedirlər. Kifayət qədər böyük gölməçə tapdıqda sürətli şəkildə yumurtlamağa başlayırlar. Tutuquşuların iqlim şəraitinə görə həyatlarını tənzimləmələri Allahın ilhamı ilə həyata keçir. Nəslini davam etdirmək çox mühüm olduğu üçün riskə getmir və dərhal yumurtlamağı dayandırırlar.