Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərlə Kənan TikTok-da dava etdi - Video

Azərlə Kənan TikTok-da dava etdi - Video

Rejissor Kənan M.M.-lə aparıcı Azər Zahid TikTok-da dava edib.

Lunar.az xəbər verir ki, buna səbəb Kənanın Azərə canlı yayımda olan yarışda uduzması olub. Kənan "Yaşayış sənindir, necə istəyirsən elə də yaşa. Məni heç kim qışqırda bilməz, amma səni qışqırdırlar" sözlərini deyib. Azər onu təbrik etməyən Kənana əsəbiləşib:

"Həyəcanı yaşayıram, sevinirəm. O nə sözdür deyirsən? Mənim yaşayışım yaşayışdır, sənin yaşayışın yaşayış deyil. Bilirsən ki, gül ağzım açılsa, qabağımda dura bilməzsən, susmayacam. Mən kiminsə jetonu ilə oturub-durmuşam? Yeri gəlsə hər kəsə, elə sənə də jeton atmışam. Məni başqası ilə səhv salma. Uduzmusansa, qəbul et. Sən bunu qəbul etməyi bacarmırsan".

Kənan isə Azərə "Rəqəmlər göstərir ki, uduzmuşam. Təbrik edirəm. Boş-boş danışırsan" cavabını verib.

Aparıcı onun sözlərinə "Bu sözlərini sənə yaraşdırmadım. Səninlə hər zaman hörmət saxlamışam" reaksiyasını verib.

Axşam.az



Loading...




Loading...

İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
Loading...
  • ÇOK OXUNAN
  • YENİ