"Həyatımda ilk dəfə 35 yaşımı böyük keçirmişəm. Sənət dostlarım gəldi. Amma arzum olmayıb ki, kimisə özəl çağırım".
Lunar.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Həmin Zaur" proqramında deyib. Sənətçi aparıcı Zaur Kamalın "İstəməmisən ad gününə Röya və ya Aygün Kazımova gəlsin? Arzu etsən gələcəklər ki? Xahiş etsən də gəlməzlər" sözlərinə belə cavab verib:
"Arzu etməmişəm. Hamısına hörmət edirəm. Xahiş etsəm gələrlər. Sənət dostu kimi başqa yolu da var. Münasib qiymət var. Belə şeyə əlimi qısan deyiləm. İstəsəm, Röya xanıma 20 min verərəm ad günümə gələr. Onu çox sevirəm".
Şəbnəm qızının toyuna türkiyəli müğənni Sivel Canı çağırmaq istədiyini açıqlayıb:
"Uşaqlığımından onu sevirəm. Tək arzum onu qızımın toyuna gətirməkdir. 100 min istəsə də verəcəm və gətirəcəm".