Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Fortepiano bəşəri bir alətdir

Fortepiano bəşəri bir alətdir

Könül xanım ilk sualımız belə olacaq
-Niyə məhz fortepiano alətini seçdiniz?

-Birincisi, fortepiano çox mükəmməl bir alətdir , fortepiano bəşəri bir alətdir.
Bu alətə çox əsərlər yazılıb və hazırda da yazılır.
Anam da mənim fortepiano üzrə təhsil almağımı istədi və mən bu aləti öyrəndim sonralar isə bu alətə olan sevgim məni bu alətə bağladı.
Musiqiyə olan sevgim əvəzolunmazdır.
Bilirsiniz, musiqi elə bir sənətdir ki, o daim özünə qayğı tələb edir, daim üzərində çalışılsın, istəyir.
Uşaq yaşlarımdan musiqi ilə məşğulam.
Saatlarla pianoda ifa edirdim.
Anama minnətdaram ki, düzgün qərar verərək məni bu sənətə yönləndirib.

- Barmaqlarınız o ağ-qara dillərə toxunanda nə hiss edirsiniz?

-Pianoda ifa edəndə başqa bir dünya gözümün önündə canlanır.
Belə deyim hər bir sənət adamının öz dünyası var və o öz dünyasını daima gizli saxlayır, qoruyur çünki haqsızlıqlara qarşı mübarizə aparmalı olurlar bəzən .
Sual yaranır kimdən və nədən qoruyurlar öz sənət dünyasını ?
Belə deyim bu sahədə də bütün sahələrdə olduğu kimi paxıllıq , göz götürməzlik , və daha nələr nələr var .
Ona görə də xəyallarının alt üst olmaması üçün , daha gözəl , uğurlara imza atmaq üçün daima mübarizə aparmaq lazım olur.
Bu alət mənə çox doğmadır.
Ona görə də, onun dillərinə toxunanda heç nə duymuram, yalnız öz dünyam və mən .

- Könül xanım, hazırda gənc pianoçuların yaradıcılığı qənaətbəxş hesab edilə bilərmi?

-Musiqi varsa, yaradıcılıq da davam edəcək.
100 ildən sonra da, 200 ildən sonra da davam edəcək.
Gənc nəsilə dəstək olmaq lazımdır , təbliğat yüksək səviyyədə təşkil olunmalıdır çünki nə qədər təbliğat güclü olsa bir o qədər də gənc nəsilə stimul verilmiş olar .
Onlarda sənətlə bağlı daha çox idealar yaranar.
O ki qaldı bəyənib bəyənməmək hər pianoçunun öz dəsti xətti var belə deyim .
Bəlkə, Üzeyir bəydən soruşsaydılar ki, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarların əsərləri sizi qane edirmi, o da mənim dediklərimi deyərdi ki, hər kəsin öz dəsti-xətti var.


- Belə bir sual yaranır sizcə, nəyə görə çox insanların əsl sənət əsərlərinə olan marağı azalıb?

- Əgər yaxşı əsər versəniz, ona qiymət veriləcək, əmin olun.
Deməli təbliğat düzgün deyil ki, maraq da azalıb.
Düzdür televiziyalarda bəzi ifaları verirlər və buna alqışlar da çalınır, amma o mahnılar əsl sənət əsəri qədər tarixin yaddaşında qala bilmir. Bayağı mahnı həmişə bayağı olaraq qalır.
O, mədəniyyətdə heç bir iz qoymur. Azərbaycan musiqisini bayağılaşdırmaq mümkün deyil, çünki, bizim mayak hesab etdiyimiz muğamımız var.
Bax o muğam imkan vermir ki, bayağı ifalar önə keçsin.
- eşitdiyimizə görə bu yaxınlarda gözəl bir layihə ərsəyə gələcək.
O haqqda məlumat verərdiz zəhmət olmasa.
- bəli proses yekunlaşıb demək olar ki , film haqqında danışmaq istəmirəm qoy sürpriz olsun .
Süjet xətti haqqında bir onu deyə bilərəm ki cəmiyyətdə insanların ehtiyac duyduğu bir film olacaq .
Filmin ssenari müəllifi və rejissoru bizim dəyərli ziyalımız Ümid Amindir.
Filmdə keçmiş və indiki zamanda olan hadisələrdən söhbət gedəcək.
musiqi olaraq keçmiş bəstələr istifadə olunacaq filmin adı
" Deyilməmiş Sözlər " dir
İnşallah ki uğurlu olar

- Adətən yaradıcı insanlar çox kövrək olurlar.
Onlara edilən xırda kobud bir hərəkət qəlblərini incidir.
Bu zaman onlar insanlardan küsüb öz musiqi alətləri ilə, yaxud da kağız-vərəqlə baş-başa qalırlar.
Sizdə necə?
Duyğusal insansınız?

-Təbii ki yaradıcı insan duyğusal olmalıdır.
Yaradıcı insan hər şeyi görməli, hiss etməli və ona özlüyündə qiymət verməlidir.
-Zərif olmasan, duyğusal olmasan, sən nəsə yarada bilməzsən.
“Pianoda ifa edəndə oğlum belə sakit dəyanır və böyük maraqla dinləyir , izləyir ”

-Sənət sevgisi, oğlunuza qarşı olan qayğı, diqqət digər şeylərə mane olmur ki?

- xeyir qətiyyən
Sənətim mənim həyat tərzimdir.
Oğlum isə canımdan bir parçamdır


-“Kaş bunu etməyəydim” dediyiniz nəsə varmı?

-Həyatda səhvsiz insan olmur. Səhvlərə də yol verməlidir insan. Çünki, həyat səhvlərdən də ibarətdir. Həyatda hər şey olur.
Həyat məhz buna görə həyatdır.
Hər şey düz olsa, marağı olmaz heç nəyin.
Mənim də səhvlərim olub hər bir insan kimi.

-Taleyinizdə nədən narazısınız?

-Mən həmişə Yaradana və valiyenlərimə təşəkkürlə yaşamışam. Şükür etməyi bacaran insanam. Fikrimcə, şükür edib yaşamaq lazımdır.

-Yaradıcılıq qabiliyyəti dayanırmı?
Heç olubmu ki deyəsiniz daha bəsdir?

-Xeyr, olmayıb əsl yaradıcılıq dayanmaq sevmir.
O davam edir bir də yaradıcı insanın yaratmaq eşqi heç bir zaman sönmür. Bir tək insan bu dünyada olmayanda yaradıcılığı dayanır və yaratdıqları yaşayır.
Bunu dünya təcrübəsinə əsasən dedim.

Təşəkkür edirik Könül xanım bizə zaman ayırdığınız üçün düşünürəm ki müsahibəmiz çox maraqlı alındı.
Sizə yaradıcılıq uğurları arzulayırıq
Səsiniz daima ucalardan gəlsin








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ