Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Efirdə yaş mübahisəsi - Mətanət İsgəndərli əsəbiləşdi

Efirdə yaş mübahisəsi - Mətanət İsgəndərli əsəbiləşdi

Əməkdar artist Mətanət İsgəndərli ilə müğənni Qədir Qızılsəs arasında efirdə mübahisə düşüb.

Lunar.az xəbər verir ki, ifaçılar "Günün sədası" proqramında sənətə gəldikləri ildən bəhs ediblər.

"35 ildir sənətdəyəm, Qədir müəllim yəqin 50 ildir sənətdədir" sözlərinə qarşı tərəf "Onda mənim 100 yaşım var ki... 35 ildir tanınıram" reaksiyasını verib.

Q.Qızılsəsin bu sözlərinə İsgəndərli əsəbiləşib. "Bayram vaxtı qramla qızıl hesablamayacağıq. Orta məktəbdə oxuyanda Qədir müəllimi tanıyıram. Yadımdadır ki, qızımın 1 yaşı var idi, Qədir Qızılsəs oxuyurdu" sözlərini söyləyib.

M.İsgəndərli daha sonra "Hər zaman insanı tərifləyəndə barıtını çox edirəm. Deyirəm, az edəcəm, özümdən asılı deyil" deyə, əlavə edib.

Axşam.az










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ