"Bunu etmək cinayətdir" - Zaurun verilişini tənqid etdi
"Bizimləsən" verlişində neçə vaxtdır bir mövzu uzana uzana gedir. Deməli, bir qadın doğub atıb başqa bir qadının üstünə. 19 il axtarmayıb. Həmin qadın da o uşağı öz uşağı kimi böyüdüb, uşaq da bilmir ki atılıb. İndi verlişdə deyirlər ki yox, uşaq bilməlidir, anasını tanımalıdır".
Lunar.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi "Bizimləsən" verilişində baş verən hadisəyə münasibət bildirib. O qeyd edib ki, bu cür hadisəni ictimailəşdirmək cinayətdir:
"İnsanlar, bu, nə münasibətdir? Cinayətdir bu məsələni açmaq ( Maddə 175- övladlığa götürmə sirrini yayma), insafsızlıqdır hətta. Belə hadisələri görüb heç kəs atılan uşaqları övladlığa götürməz, riskə getməz. Olmaz bu məsələni açmaq, uzatmaq. Uşaq böyütmək asandır? Onu böyüdən qadının əziyyətinə hörmət qoyun. Olmaz belə. Uşaqlarını atan insanların 2-3 ildən sonra səhvlərini anlamasını başa düşmək olar. 19 ildən sonra isə başa düşüləsi heç nə yoxdur".