Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Alim Qasımov və qızı Ərdoğan üçün "Sarı gəlin" oxudu

Alim Qasımov və qızı Ərdoğan üçün "Sarı gəlin" oxudu

“Dubay Ekspo 2020” sərgisində Türkiyə Milli Gününün açılışında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan pavilyonu ilə tanış olub.

Lunar.az xəbər verir ki, “Dubay Ekspo 2020”nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Türkiyə dövlətinin başçısına Azərbaycan pavilyonunun eksponatları haqqında məlumat verib.

Prezident Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan pavilyonunun eksponatları ilə tanış olublar.

Rəcəb Tayyib Ərdoğan Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın pavilyondakı canlı ifasından, “Sarı gəlin” mahnısından təsirləndiyini bildirib.


Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ