"Avroviziya 2011" qalibi Eldar Qasımov tələbəsi Nadir Rüstəmlinin bu il ölkəmizi böyük müsabiqədə təmsil etməsi ilə bağlı fikirlərini bölüşüb.
Axşam.az-a açıqlama verən Eldar bildirib ki, xəbəri bu sabah televizorda eşidib:
"Dünəndən mənə deyirlər ki, səhər efirə bax. Ötən gün Nadirlə bir yerdə idik. Deyirdi ki, məni verilişə çağırıblar, amma bilmirəm niyə, orada artıq olmuşam. Dedim ki, get, yaxşı olacaq. İç dairələrdə bu haqda söhbət gedirdi, bunu hiss edirdim. Çünki məntiqli bir qərar idi. Nadir Azərbaycanda böyük yarışmanın qalibi seçildi.
Efirə baxanda çox duyğulandım, Nadir səhər-səhər məni ağlatdı. gördüm çox duyğulandım ağlatdı. Bunlar sevinc göz yaşları idi. Nadirə görə şadam, layiqli ifaçıdır. Əminəm ki, Azərbaycanı Avropada layiqli təmsil edəcək. O, yüz faiz əlindən gələni edəcək.
Bu gün saat 12-də onun studiyada mahnı yazmaları olacaq. Sonra onlar arasından seçim ediləcək. Səhnə tərtibatı da mahnıdan sonra bilinəcək".
Qeyd edək ki, Nadir "Səs Azərbaycan" yarışmasının qalibi olub. O, Eldar Qasımovun komandasında yarışırdı.