Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sevdadan  Elnarəyə cavab

Sevdadan Elnarəyə cavab

Müğənni Sevda Yahyayeva Elnarə Xəlilovanın onun toy makiyajını tənqid etməsinə münasibət bildirib.

Lunar.az xəbər verir ki, Sevda "Şourum" proqramında toyu günü görünüşünü bəyəndiyini deyib. O bildirib ki, stilist Elnur Həsənovun ona özəl günündə etdiyi makiyaj tənqid olunsa da, özünün ürəyincədir:

"Öz görünüşümdən çox razı qaldım. Bu o demək deyil ki, Elnur mənim dostumdur deyə belə deyirəm. Hər kəs istəyir fərqli görünsün. Bəli, mən güzgüyə baxanda özümü bəyəndim. Elnurun işini bəyənirəm. Onun işi bəyənilməsəydi illərlə ona müraciət edilməzdi. Hər kəsin subyektiv fikri var. Toy günümdə özümdən razı idim".

Qeyd edək ki, Sevdanın toy makiyajını stilist Elnur Həsənov edib. Elnarə isə onun əl işini tənqid etmişdi. Buna səbəb isə Elnurun müğənninin geyim tərzini zövqsüz adlandırması olub.

Axşam.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ