Tənqid etdiyi Gülşənin tərzini təkrarladı - Fotolar
Türkiyəli müğənni Gülşəni səhnə geyimlərinə görə tənqid edən həmkarı, aparıcı Seren Serengil bu dəfə özü eyni vəziyyətə düşüb.
Lunar.az xəbər verir ki, Seren ötən gecə məkanların birində səhnəyə çıxıb. Həmin komsertdən olan fotolarını sosial media hesabında paylaşan ifaçı tənqid olunub. İzləyicilər Gülşəni tez-tez geyimlərinə görə ittiham edən Serenin onun uzun yarıqlı libasının oxşarından geyindiyini bildiriblər.
Serenin ünvanına "Gülşənin tənqid edirdin, amma özün də eyni paltarı geyinmisən", "Gülşəni təqlid etmisən" kimi oxşar şərhlər gəlib.