"Bağımızı da, maşınımızı da satmışıq" - Ədalət Şükürov
Əməkdar artist Ədalət Şükürov pandemiyada sənət adamlarının yaşadığı çətinliklərdən bəhs edib.
Lunar.az xəbər verir ki, müğənni "Həmin Zaur" proqramında "Çətinə düşsəniz nəyinizi satarsınız: qızıl, ev, yoxsa maşın" sualına belə cavab verib:
"Qızılla aramız yoxdur. Ailədə bizdə qızıl sevmirlər. Həyatda hər şey olub: bağımızı da, maşınımızı da satmışıq. Normaldır... İnsanıq da, hansısa bir ərəfə olur. Pandmiyada da işimiz yox idi. Müğənnilərin 99 faizi də nəyisə satıb dolanıb. Heç kimə də heç nə deməyib".