Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bəylə gəlin toyda nağarada çaldı - Video

Bəylə gəlin toyda nağarada çaldı - Video

Xalq artisti Alim Qasımovun nəvəsi Fatimənin toyunda qonaqlar üçün mahnılar səsləndirib.

Lunar.az xəbər verir ki, xanəndə "Qal sənə qurban" mahnısını oxuyub. Həmin an zala böyük nağara gətirilib. Xalq artisti Natiq Şirinov, oğlu Ümid və Fatimə onun üçün nağarada ifa edib.

Həmin görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, Fatimə Natiq Şirinovun oğlu Ümidlə ailə qurub. Fatimə həmçinin Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid və Fatimənin qız toyu ötən həftə olub.

Natiq Şirinov isə oğluna iki gün toy edəcək. İlk məclis ötən gün gerçəkləşib. Buna səbəb pandemiya qaydalarına görə məclisdə 150 nəfərdən çox qonağın olmamasına icazə verilməməsidir.


Axşam.az









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ